Bakıda bu tanınmış sima Arayik Arutyunanın müdafiəsinə qalxdı - FOTO

04.10.2023 12:08
7412
651d2cf405c2a202310231428
Arayikin Azərbaycanda vəkili o oldu

Dağlıq Qarabağda erməni seperatçılarının yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.

AZSABAH.COM Manset.az-a istinadən xəbər verir ki, vəkil Alov Səfərəliyev Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib.

Bu barədə vəkil sosial şəbəkə səhifəsində məlumat verib və bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.

Qeyd edək ki, Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.