Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Polis öldü, xəsarət alanlar VAR(FOTO)

17.12.2023 10:17
439
657e927192578202312231721
Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.

Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.

Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.


"Report”un yerli bürosunun xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində BMW və "Toyota" markalı avtomobilləri toqquşub. Hadisə nəticəsində BMW-nin sürücüsü İlqar Mirzə oğlu Sadıqov ölüb, daha iki nəfər - 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.