Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: ÖLƏNLƏR VAR

03.10.2022 11:25
2458
Meyit
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, oktyabrın 1-də saat 19 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində rayon sakini Müşfiq Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Kamal Mehdiyev isə xəstəxanada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.