Azərbaycanda bu məhsulların QİYMƏTİ KƏSKİN BAHALAŞDI: İNANILMAZ RƏQƏMLƏR - VİDEO

14.10.2022 00:19
9711
Manat

Avtomobillər üçün mühərrik yağlarının qiyməti xeyli bahalaşıb.

AZSABAH.COM-un məlumatına görə, əvvəllər 50-55 manata satılan avtomobillərin mühərrik yağları indi 75-80 manata təklif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Onlar deyirlər ki, istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım var.

Yağ satışı və dəyişimi ilə məşğul olanlar deyirlər ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.

Bəs buna səbəb nədir?

Bu sahə üzrə fəaliyyət göstərən sahibkar Əfqan Əsədov hesab edir ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcləridir.

Sahibkarlar vurğulayıblar ki, mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi dəqiq bilinmir.

Daha ətraflı süjetdə: