Azərbaycan Ordusu bu əraziləri İŞĞALDAN AZAD ETDİ - ADLAR

15.09.2022 15:49
10345
Ordumuz

Ermənistanın sentyabrın 12-dən başlayaraq dövlət sərhədində həyata keçirdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun reallaşdırdığı növbəti əməliyyatlar nəticəsində bir neçə strateji əhəmiyyətə malik yüksəkliklər düşməndən təmizlənib.

AZSABAH.COM xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev öz şəxsi "Facebook" hesabında məlumat verib. 

Məlumatda bildirilir ki, düşməndən azad olunan yüksəkliklər hərbi nöqteyi nəzərdən xüsusi əhəmiyyət daşıyır. Bunlar aşağıdakılardır:

Dərinçala dağı 2906.5 m, Ağdaş 2747.8 m, Qılıncdağ 2851 m və 2338.6 və 2484 m-də yerləşən adsız yüksəkliklər.