Axşam 9-dan sonra yeyənlər daha çox insult olur – ALİMLƏR

18.12.2023 06:32
319
657faf6d3b6cf202312233317
Gec saatlarda axşam yeməyi ürək-damar patologiyaları riskini artırır.

Redaktor.az xəbər verir ki, endokrinoloq Yelena Prikolenko alimlərin son nəticələrindən danışıb.

“Onlar saat 21:00-dan sonra qida qəbul etmək və səhər 8-dən gec oyanmaq vərdişi ilə insult arasında əlaqə tapıblar.

Bu adamlarda axşam 8-ə qədər artıq yeməyini bitirənlərə nisbətdə insult riski 28% çox olur.

Xüsusilə bu hal qadınlar üçün təhlükəlidir.

Axşam gec yeyənlərdə metobolik pozulma olur, artıq çəki, piylənmə yaranır, hormonal pozulma olur. Bu da insulin hasilini pozur, damarları tıxayır, təzyiqi qaldırır”. // medicina.az