Atəşkəs razılaşmasından sonra ermənilər görün nə etdi: HAZIRDA CƏBHƏDƏ NƏ BAŞ VERİR?

13.09.2022 10:01
13074
Muharibe

Bu gün saat 9.00-dan başlayaraq Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması barədə razılıq əldə olunub.

AZSABAH.COM xəbər verir ki, Trend-ə etibarlı mənbədən verilən məlumata görə, atəşkəs razılaşdırıldıqdan sonra Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozub. Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.

Lakin 09.15-dən etibarən atəşkəs bərqərar olunub.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.