Anasını öldürən ŞƏXS: "Bədəninə cin girmişdi, yaxşılıq etmək istədim”

12.12.2023 00:27
567
657771269e575202312232926

Türkiyənin İzmir şəhərində qəribə cinayət baş verib.

AZSABAH.COM xəbər verir ki, İzmirdə narkotikdən istifadə etdiyi və psixoloji problemləri olduğu iddia edilən Barış Ç. Anasını qətlə edib. Ağır kəllə-beyin travması alan qadın hadisə yerində dünyasını dəyişib.

Polis nəzarətinə alınan gənc isə ifadəsində anasının başına qəhvə stolu ilə vuraraq, qadının bədəninə girən cini çıxardığını bildirib.

“Anamın bədəninə cin girmişdi. Yaxşılıq etmək istədim”, - deyə cinayəti törədən oğul bildirib.