ABŞ Ukraynaya QOŞUN YERİDİR? - RƏSMƏN ELAN EDİLDİ

11.03.2022 02:18
302
photo_20280013

ABŞ Ukraynaya qarşı qeyri-ənənəvi silahlardan istifadə olunsa belə bu ölkəyə qoşun göndərmək niyyətində deyil.

AZSABAH.COM xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

“ABŞ qoşunlarını Ukraynaya göndərmək və Rusiyaya qarşı müharibə aparmaq kimi bir niyyətimiz yoxdur”, - deyə Psaki brifinq zamanı bildirib.

O, Amerika tərəfində kimyəvi və bioloji hərbi proqramların mövcudluğunu inkar edib və bu imkanların Rusiyada olduğunu iddia edib.