6,1 bal gücündə ZƏLZƏLƏ: daha bir ölkə SİLKƏLƏNDİ

18.12.2023 22:13
475
65808bf0db4c6202312231408
Çində 6,1 bal gücündə zəlzələ baş verib.

AZSABAH.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən (Qansu əyaləti) 101 km cənub-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.