Ülviyyə Əliyeva ana oldu - FOTO

24.01.2024 11:16
867
65b0b9c7e3dee202401241831

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist Ülviyyə Əliyeva ana olub.

Azsabah.com xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, bir neçə həftə öncə sənətçinin oğlu dünyaya gəlib. Aktrisa anasının xəstəliyi və vəfatı ilə əlaqədar bu xəbəri hər kəsdən gizlədib, bu barədə danışmaq istəməyib.

O, hamiləliyi boyunca və övladını dünyaya gətirəndən sonra sevincini yalnız ən yaxınları ilə bölüşüb. Ülviyyə oğluna Amin adını verib.

Qeyd edək ki, “Keyxanım” obrazı ilə məşhurlaşan aktrisa 2018-ci ildə Manaf Muxtarov adlı bəylə ailə qurub.