Sevda Yahyayevanın adından ŞOK dələduzluq- GÖRÜN NƏ ETDİLƏR

25.03.2024 12:34
493
6601377ce1b19202403243612

Müğənni Sevda Yahyayevanın adından dələduzluq edilib.

Teleqraf.com xəbər verir ki, Yəhyayeva bu barədə instaqram hesabında bildirib.

“Dəyərli izləyicilərim, əzizlərim, bu və bu tipli paylaşımlara, kələkbazlara aldanmayın. Əgər sizdən kart və ya başqa şəxsi məlumatlar istəyirlərsə, bilin ki, bu, adımdan istifadə olunan bir fırıldaqdır. Mən heç bir sosial hesabımda bu tipli paylaşımlar etməmişəm. Eyni zamanda bu cür paylaşımların altında guya ki, “Biz qazandıq, sən də qoşul və qazan” kimi şərhlər həqiqətə uyğun deyil. Diqqətli olmağınızı rica edirəm və sizi çox sevirəm”