Təranə Səmədovadan xəbər var

26.10.2023 16:02
1034
653a556940d04202310230249

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

AZSABAH.COM  News24.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Təranə Səmədova və Rahim Həsənovun hadisəni törədərkən anlaqsız olduğunu bildirib. Vəkillər bildirib ki, təqsirləndirilən şəxslərin psixi durumu yoxlanmalıdır. Müdafiəçilər bu məqsədlə hər iki şəxs barədə psixoloji ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb. 

Vəsatət təmin olunub, T. Səmədova və R. Həsənov psixoloji tibbi ekspertizaya göndərilib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. 

İttihama görə, Təranə Səmədova və Rahim Həsənov mütəşəkkil dəstə halında Bakıda imkanlı şəxsi şəkilləri ilə hədələyərək ondan külli miqdarda pul tələb edib. 

Keçirilən əməliyyat zamanı hər iki şəxs saxlanılıb. 

AZSABAH.COM