SON DƏQİQƏ: Rusiyada daha bir TƏXRİBAT: Silahlı şəxslər saxlanıldı - VİDEO

23.03.2024 14:29
216
65feaf3a8861e202403243018

Rusiyanın Vladivostok şəhərində, "Sedanka City" ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.

 

Azsabah.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.

 

Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.

 

"Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır - red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb", - deyə məlumatda vurğulanıb.