TƏCİLİ: Azərbaycanda rəis müavini özünü öldürdü

14.07.2022 10:19
229
photo_40746860

Dövlət Gömrük Komitəsinin vəzifəli əməkdaşı intihar edib.

AZSABAH.COM xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə iyulun 13-də qeydə alınıb.

"Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır", - açıqlamada bildirilib.

***

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.

AZSABAH.COM
APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü asaraq öldürüb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.