Tanınmış müğənninin SƏHHƏTİ PİSLƏŞDİ: “Gözüm açıldı...” – VİDEO - FOTO

12.01.2024 18:45
249
65a150674ad1c202401244455
ATV kanalında yayımlanan "El canlı" verilişinin növbəti qonağı müğənni Mürsəl Səfərov olub.

O, uzun müddət efirlərdən kənar qalmasının səbəbini açıqlayıb. İfaçı bildirib ki, son zamanlar istirahət etmədən çalışdığı üçün səhhətində problem yaranıb.

Mürsəl xəstə olduğu zamanda dostlarının onu maraqlanmadığından gileylənib:

"Elə insanlar var ki, özünə yaxın hiss edirsən. Dostlarla maraqlanmaq lazımdır. Mən heç kəsə qarşı belə olmamışam. Gözlədiyim adamlardan əksinə, gözləmədiyim şəxslər zəng etdi. Allahın məsləhətinə şükür. Yaxşı ki, xəstələndim, çox şeyi gördüm, gözüm açıldı. İndi Yaxşıyam".


Məqaləyə dair fotomateriallar: