SON DƏQİQƏ: Bakının mərkəzində ŞİDDƏTLİ YANĞIN BAŞLADI, 2 avtomobil KÜL OLDU, çox sayda texnika... (VİDEO)

29.06.2022 01:40
369
photo_47295734

Paytaxtın Nəsimi rayonunda yanğın hadisəsi başlayıb.

AZSABAH.COM-un xəbərinə görə, hadisə Mirzəağa Əliyev və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən yarımtikilidə qeydə alınıb. 

Yanğın yarımtikilinin yanında olan dayanacaqda dayanan avtomobillərə də keçib. Nəticədə iki avtomobil tamamən yarasız vəziyyətə düşüb. 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikaları cəlb olunub. 

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.