SON DƏQİQƏ: Azərbaycanda yüksək vəzifəli şəxs SAXLANILDI - 15 İLDİR Kİ... (FOTO)

15.03.2022 00:06
305
photo_62634993

Göyçay Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev (İsayev Vahid Zahid oğlu) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

AZSABAH.COM xəbər verir ki, Baş Prokurorluqdan məlumatı təsdiqləyiblər.

Onun nə üçün saxlanıldığı açıqlanmır.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə fevralın 22-də vəzifəsindən azad edilib.

Vahid İsayev ötən 15 il ərzində 5 icra başçısının köməkçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır.

Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb