Şeyxin qohumu olan məşhur general vəfat etdi - FOTO

17.01.2024 10:06
213
65a76e86a151a202401240702

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib.


Azsabah.com xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.


Bildirilib ki, o, ötən gün 68 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.


1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib. Ş.Əsədullayev Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in "Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib. O, 2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.