“Səhnədə müğənnilər arasında hegemon özüməm, hətta İlhamədən də..."

16.01.2024 09:36
185
65a615ef6f444202401243647

"Allah İlhamə Quliyevaya rəhmət etsin. Onunla xasiyyətimiz, xüsusiyyətlərimiz, hegemonluğumuz eynidir. Hətta məndə ondan da çoxdur. Amma bir xasiyyətimiz var ki, heç oxşamır. Mənim sözüm daha itidir".


Azsabah.com  oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli verilişlərin birində deyib.


O, sənəti olmayan ifaçıları tənqid edərək nəsihət də verib:


"Səhnədə müğənnilər arasında hegemon özüməm. Çıxsın kimsə nəsə desin. Öz yaşıdlarım üçün bunu demirəm. Bu sözlər bizdən sonra gələn nəsilə aiddir. Ona görə deyirəm ki, böyüklərinizə hörmətlə yanaşın. Bizim dövrün müğənnilərinə sonradan gələn, sənəti olmayan, gələcəkdə yeri olmayan, günlük, aylıq, illik ifaçıların söz deməyə haqqı yoxdur".