Rayona yasa gedən Bakı sakinləri DƏHŞƏT YAŞADI - YARALILAR VAR

09.07.2022 15:33
197
photo_71214570

Qaxa hüzr mərasiminə gedən Bakı sakinləri yol qəzasına düşüb.

AZSABAH.COM Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 09:30-da Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 98-ci kilometrliyində, Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, eyni zamanda, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Mədinə Ələfsər qızı Rəsulova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mədinə Rəsulovaya xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Qəzaya düşən şəxslərin Qax rayonuna hüzr mərasiminə getdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılı