“Pul yoxdursa, hansı sevgidən söhbət gedə bilər?!” - VİDEO

25.01.2024 14:50
439
65b23d3c23fb3202401245140

Müğənni Vəfa Şərifova pul haqda maraqlı fikirlər səsləndirib. 

Azsabah.com xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan sənətçi yalnız dəyərli hədiyyələrə və pula önəm verdiyini etiraf edib. 

O, xoş söz, gül və ya ətirlə edilən jestləri yararsız adlandırıb:

“Qadın dəyəri məncə, elə bəydən gələn hədiyyə ilə ölçməlidir. Bəzən xanımlarla qarşılaşıram ki, 2-3 ildir sevgilisi, həyatında bir bəy var. Onun 10 dənə evi var. amma xanım kirayədə yaşayır. Burda hansı sevgidən söhbət gedə bilər?!  Burda sevgidən söhbət gedə bilməz, mümkün deyil. Sevgini bəzən maddiyatla da ölçmək lazımdır. Düşünürəm ki, bəylərin sözünə inanmaq lazım deyil. Onu həm maddi, həm mənəvi sınağa çəkmək lazımdır. Bir bəyi ilk öncə maddiyatla sınaqdan keçirərəm. Pul çox vacibdir. İnsan üçün ən dəyərli şey zamandır, o zamanı da pul üçün xərcləyirsən. Həmin pulu da kimə xərcləyirsənsə, o vacibdir. Mən bu düşüncədə olan insanam. Bəlkə də kimsə məni qınayacaq ki, pulgirəm, amma mən bu cür düşünürəm. Heç vaxt yanılmamışam və heç vaxt heç bir bəyə aldanmamışam. Məni güllə, xoş sözlə, ətirlə aldatmaq mümkün deyil. Pul çox axmaq şeydir, istər-istəməz insanın xoşbəxtlik hormonunu oyadır. Pul əl çirki deyil. Pul hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir, pul çox vacibdir”.

Həmin görüntüləri təqdim edirik:  

/yenisabah.az