Könül Kərimova tanınmaz halda - FOTO

06.01.2024 20:50
462
659984ed32527202401245053

Əməkdar artist Könül Kərimova paylaşdığı foto ilə müzakirələrə səbəb olub.

Şəkildə müğənninin özü ilə yanaşı duet ortağı Cabbar Musayev və ifaçı İntizar Məmmədzadə yer alıb. Kərimova paylaşımına "Deyin görüm, yeni görünüşümüz xoşunuza gəlir" sualını yazıb. Müğənninin bu paylaşımı isə tənqid atəşinə tutulub.

İzləyicilər onun üzündəki dəyişikliyi tənqid edib. Onlar ifaçının çox fotoşopdan istifadə etməsini pisləyiblər. Bir çoxları isə K.Kərimovanın tanınmadığını yazıb.

Kərimova daha sonra fotosunu silib.