Dənizdə boğularaq ölən bacılar BU MƏMURUN QIZLARI İMİŞ - FOTO

21.07.2022 09:46
256
photo_96290390

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.