Bu şəxslərin maaşları ARTIRILDI - QƏRAR

12.01.2024 16:28
684
659f71b8b80a6202401244232

Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı qərar imzalayıb.

Sözügedən qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada verilir.Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir