Aİ-92 markalı benzinlə bağlı MÜHÜM AÇIQLAMA: “Güzəşt tətbiq edilir ki…”

04.03.2024 12:42
241
65e5896694874202403244214

“Nazirlər Kabinetinin benzinlə bağlı qərarı aviakerasinə və Aİ-95, Aİ-98 markasına deyil, Aİ-92 və dizel yanacağına aiddir”.

Azsabah.com xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarı Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır: “Ölkədə istehlak üçün çatışmayan Aİ-92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu, daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tətbiq edilir ki, bahalaşma olmasın. Bu qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmasın deyə belə bir qərar verilib. 170 illik neftçıxartma və emalı tarixi olan məmləkətimiz hələ də özünü benzinlə təmin edə bilmir, Aİ-95, Aİ-98 markalı benzin, ümumiyyətlə, istehsal edə bilmirik, Aİ-92 istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ-95-in bir hissəsini Gürcüstandan idxal edirik…”