Bakıda qız zorla ərə verilib? - RƏSMİ AÇIQLAMA

10.01.2024 16:37
388
659e8fd9d4f77202401243849

Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib. 

Qeyd edilib ki, araşdırmalarla toy mərasiminin 2022-ci ilin dekabr ayında rayonlardan birində keçirildiyi müəyyən edilib.

Tərəflər arasında yaranan mübahisəyə səbəb isə 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox,  məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib.

13:00

Sosial şəbəkələrdə toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.

Azsabah.com xəbər verir ki, paylaşımlarda videogörüntülərin paytaxtın NZS qəsəbəsi yaxınlığında lentə alındığı iddia edilir. 

Kadrlarda qızın evliliyə məcbur edildiyi təsiri yaranır. Sözügedən görüntülərin nə zaman və harada lentə alındığı barədə isə dəqiq məlumat yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlarla bağlı oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar:

“Aidiyyəti qurumların əməkdaşları ilə birlikdə videogörüntülərin respublikanın ərazisində lentə alınıb-alınmadığı, həqiqəti əks etdirib-etdirmədiyi araşdırılır. Yekun nəticədə barədə ictimaiyyətə məlumat veriləcək”.

Həmin görüntüləri təqdim edirik: