Bakıda DƏHŞƏTLİ HADİSƏ: ölü və yaralı var

24.08.2022 16:14
7400
Meyit

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

***

12:45

Bakıda qəza olub, yolda tıxac yaranıb.

AZSABAH.COM-a bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Zığ şosesi şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd olunub ki, hazırda bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.