Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb.
Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.
AZSABAH.COM Bizim.Media-a istinadən xəbər verir ki, bu barədə informasiya Azərbaycanın tanınmış Telegram kanallarında yer alıb.
Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.
İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının açıqlanacağı bildirilir.
Mənbə bildirir ki, “Yeri gəlmişkən, mərhum polkovnik Babək Səmidlinin müharibə ilə bağlı danışdığı söhbətinin lent yazısı da Fərhad Əhmədovla söhbəti idi. Əhmədovun isə sonradan bunu sızdırıb-sızdırmadığını bilmirəm. Amma bilirəm ki, Əhmədov və onun dostları həbs olunacaqlar və uzun müddət həbsdə qalacaqlar”, deyə mənbə fikrini yekunlaşdırıb.