“Azərbaycan teleməkanına açıq-saçıq geyimi mən gətirmişəm” - Tanınmış aparıcı

30.01.2024 21:54
701
65b93850ac1f7202401245632

Aparıcı Lətafət Ələkbərova iddialı açıqlaması ilə gündəmə gəlib.

Azsabah.com xəbər verir ki, “Xəbərin var?” verilişində qonaq olan aparıcı teleməkana aparıcılar arasında açıq-saçıqlığı gətirdiyini bildirib:

“20-li yaşlarımda qısa ətəklər, dekolteli köynəklər geyinirdi. O vaxt magistraturada oxuyurdum. Hələ heç kəs buna cəsarət etmirdi. Amma bu cür geyimlər mənə yaraşırdı, 57 kilo idim. Azərbaycan teleməkanına açıq-saçıq geyimləri mən gətirmişəm. İzləyicilər də bunu normal qarşılayırdı, o vaxt sosial şəbəkələr yox idi”./metbuat.az