Azərbaycan Rusiya FTX-nin Ermənistandakı məntəqəsini vurub? - SON DƏQİQƏ AÇIQLAMASI

14.09.2022 14:41
2986
Ftx
“Erməni mətbuatının guya Azərbaycan Ordusu tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı dislokasiya məntəqəsini atəşə tutması ilə bağlı yaydığı məlumat həqiqətə uyğun deyil”.

AZSABAH.COM-un xəbərinə görə, bu barədə “Caliber” məlumat yayıb.

“Bu, çökən Paşinyan rejiminin Moskvanı öz sərhəd avantürasına çəkmək üçün ümidsiz cəhdidir. Eyni zamanda, itirəcək heç nəyi olmayan İrəvanın təxribat təşkil edə və ya bu hadisəni səhnələşdirə biləcəyini də istisna etmirik”, - məlumatda vurğulanıb.