Gərginlik yön dəyişdirdi - Azərbaycandan sonra İtaliyanı hədəfə aldı

25.02.2024 22:52
342
65db8ca851853202402245328

Fransa Azərbaycanla yanaşı, qonşusu İtaliya ilə də münasibətlərini korlayır.

Azsabah.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert hesab edir ki, Fransanın pozucu siyasəti Ermənistana zərər verəcək:

"Fransa Prezidenti Emmanuel Makron yalnız Azərbaycanla münasibətləri korlamayıb, qonşusu və tərəfdaşı İtaliyaya qarşı da yekəxana siyasət aparır. Makron İtaliya Baş naziri Corciya Melonini bəyənmir, onunla müxtəlif mövzularda ixtilaf yaradıb. Makron beynəlxalq tədbirlərdə Meloni ilə üz-üzə gəlməməyə çalışır. Bu dəfə də belə olub.

Makron “Böyük Yeddilər”in Ukrayna ilə bağlı Kiyevdən idarə olunan videokonfransında iştirakdan imtina edib. Səbəb konfransa Meloninin sədrlik etməsidir. Makron toplantıya qatılmamasını daxili işlərin çoxluğu ilə izah etsə də, buna inanan azdır.

Ekspertlər Makronun son hərəkətini “Böyük Yeddilər”dəki tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndirirlər. Tərəfdaşlarına hörmət etməyən lider Fransaya uzaq Cənubi Qafqazla bağlı normal siyasət yürüdərmi?

Makronun balansı tam pozaraq Cənubi Qafqaz siyasətini tam Ermənistan üzərində formalaşdırmasının ən böyük zərəri İrəvana dəyəcək".