Azərbaycan Ordusu Fərrux kəndindən GERİ ÇƏKİLDİ? - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

27.03.2022 23:26
271
photo_75412973

Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur", - nazirlikdən bildirilib.