Azad Hüseynov vəfat etdi - FOTO

29.07.2022 00:44
316
photo_36260935
Azərbaycanda həkim vəfat edib. 

AZSABAH.COM xəbər verir ki, bu barədə məlumat həmkarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb. 
Belə ki, paytaxtın 8 saylı Şəhər Poliklinikasının həkim cərrahı Azad Hüseynov ağciyər-ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, A.Hüseynov 40 ildən çoxdur həkim kimi çalışıb. O daha əvvəl 4 saylı Şəhər Poliklinikasında da işləyib.