Televiziya aparıcıları prokurorluğa çağırıldı - yığılan pullar görün HARA GEDİRMİŞ

12.03.2024 16:45
474
65f04eae9939a202403244638
Xəbər verdiyimiz kimi, ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyalar tətbiq olunacaq.

Yenisabah.az bununla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib.

Sözügedən TV-lərdən birinin məsul əməkdaşı saytımıza açıqlamasında deyib ki, məsələyə artıq hüquq-mühafizə orqanları da müdaxilə edib. Onun sözlərinə görə, cəmiyyətin narazılıq etdiyi populyar sosial verilişlərin fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır. Bu məqsədlə bəzi aparıcılar prokurorluğa dəvət olunub və onlardan izahat alınıb.

Mənbə deyib ki, prokurorluq ilk növbədə verilişlərdə yığılan pulun məbləğini və əldə olunan vəsaitin hansı təyinat üzrə xərcləndiyini araşdırır.