SON DƏQİQƏ! General Güloğlan Muradlı yüksək vəzifəyə getdi

16.01.2024 15:46
156
65a66c5421811202401244524

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.


Azsabah.com bu barədə komitənin saytına istinadən xəbər verir.


DGK rəisi Şahin Bağırovun əmri ilə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Güloğlan Muradlı təyin edilib.


O.Nuriyev isə Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis göndərilib.


Qeyd edək ki, general Muradlı bu təyinata qədər Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən il vəzifəsindən azad edilmişdi.