SON DƏQİQƏ: ermənilər gecə yarısı Qarabağda intensiv hücuma keçdi, 1 saat boyunca...

16.07.2022 09:28
376
photo_97353180

İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.