SON DƏQİQƏ: Bakıdakı aksiya ilə bağlı TƏCİLİ İCLAS KEÇİRİLDİ - O, İŞDƏN ÇIXARILDI

17.02.2022 13:20
197
photo_24861480

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

AZSABAH.COM Qaynarinfo-ya istinadla xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.

Əldə etdiyimiz digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.