67021d4a45ec9202410241658

Müqəddəs kitabda adı çəkilən şəfa ağacı tapıldı: Görün nələrə qadirdir

06 Oktyabr 2024
348

Müqəddəs Kitabda adı çəkilən itmiş ağac Yerusəlimdəki mağarada tapılan toxumlardan istifadə edilərək becərilib. Ağacın müalicəvi təsiri olduğu haqqında iddialar mövcuddur.

Azsabah.com xəbər verir ki, “İndytürk”ün məlumatına görə, Qüds yaxınlığındakı mağarada tapılan qədim toxumdan yetişdirilən ağacın İncildə adı keçən şəfalı məlhəm mənbəyi ola biləcəyi təxmin edilir.

Təxminən 2 santimetr uzunluğunda olan qəribə toxum 15 il əvvəl Yəhudi səhrasındakı bir mağarada aşkar edilib və eramızın 993-1202-ci il tarixlərinə aid ola biləcəyi müəyyən edilib.

Tədqiqatçılar "Şəba" ağacının Bibliya dövründə yalnız cənubi Levantın səhra bölgəsində yetişdirilən "Yəhudi balzamı"nın mənbəyi ola biləcəyini fərz edirlər.

Bibliya mətnlərində "tsori" adlandırılan ağac qatranı qədim dünyada çox qiymətli olub və bütün Roma İmperiyasına ixrac edilib.

Keçmiş tədqiqatlar balzamın ətir, katarakta dərmanı, balzamlama materialı və antidot kimi istifadə edildiyini ortaya qoyub. Alimlər müəyyən ediblər ki, ağacın yarpaqlarında iltihab əleyhinə xüsusiyyətlərə malik bioaktiv birləşmələr də var.

Yəhudi balzamı 9-cu əsrdə məlum olmayan səbəbdən Levantdan yoxa çıxıb. /publika.az