Sinan Oğandan möhtəşəm təklif - "Türkiyə superkubok oyunu Xankəndidə keçirilsin"

05.01.2024 08:39
308
65978824d5c99202401244004
Türkiyəli siyasətçi Sinan Oğan “Qalatasaray - Fənərbaxça” Superkubok matçının Azərbaycanda, Xankəndi şəhərində keçirilməsini təklif edib.O, bu barədə özünün sosial şəbəkə hesabında yazıb. Siyasətçi bildirib ki, Xankəndi stadionu bu matç üçün idealdır.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında oynanılması nəzərdə tutulan oyun ləğv edilib. Səbəb olaraq yerli hakimiyyətin arenada Atatürk pankartları, köynəkləri və Türkiyənin dövlət himnini qadağan etməsi göstərilir.