Putin sülh üçün elə şərtlər irəli sürdü ki... - SENSASİON DETALLAR

28.02.2022 22:46
467
photo_88301818

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb.

AZSABAH.COM-un məlumatına görə, “Report” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında bildirib. 

“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - deyə məlumatda qeyd olunub.