Narkoloji Mərkəzin Baş direktorunun rüşvət alma anı - ŞOK VİDEO

01.03.2024 15:11
790
65e1b8155baa8202403241221

Məlumat verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev rüşvət alarkən yaxalanıb.  Azsabah.com Mətbuat.az-a istinadən xəbər verir ki, Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və və barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Baş direktor və müavininin rüşvət alma anı əməliyyat çəkilişi vasitəsilə lentə alınıb. Həmin görüntüləri təqdim edirik: