İtkin düşən azərbaycanlı həkimlə bağlı ACI XƏBƏR GƏLDİ - FOTO/TƏFƏRRÜAT

20.01.2024 22:34
477
65ac128c219f8202401243556

Rusiya Tibb Elmləri Akademiyasının ak. N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkimi, həmyerlimiz Amid Omarov vəfat edib.

Azsabah.com olke.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü mütəxəssis əvvəlcə itkin düşüb. Sonradan onun Mayamidə qəfildən vəfat etdiyi məlum olub.

Yaxınları deyir ki, işlə əlaqədar sözügedən ölkədə olduğuna görə Mayamidəki icmaların heç biri onu tanımayıb. ABŞ-də onun qohum və tanışlarını tapa bilməyiblər. Cəsəd meyitxanada qalıb.

“140-dan artıq pul köçürmələri baş tutdu. İnternet vasitəsilə yığılmış pul vəsaiti, diasporun ayırdığı büdcə və mərhumun qohum və yaxınlarının etdikləri yardım nəticəsində lazımi məbləğ toplanıb. Yaxın zamanda sənədlələşmə işləri bitdikdən sonra cəsədi Azərbaycana yola salacağıq”, - deyə bildirilib.