Dörd ay komada qalan hərbçimiz ŞƏHİD OLDU - FOTO

28.01.2024 12:00
330
65b609e3bda79202401240139

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhid Hacıəli Qasımov doğulduğu kənddə dəfn olunacaq.