DİN-dən yaşlı qadını qucağına alan yeniyetmə ilə bağlı AÇIQLAMA - VİDEO

29.01.2024 13:18
459
65b76d7a7345e202401241850

"Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır”.

Azsabah.com bildirir ki, bunu İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə "Jalilov” adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.