Bakıda ŞOK OLAY: Dayə vəzifəli şəxsin uşaqlarını... - FOTO

09.02.2024 07:58
282
65c5a32c5c950202402245940

Bakıda vəzifəli qadının əkiz övladlarını döyən dayə ilə bağlı məhkəmə qərar verib.

Afaq Əhmədpaşayeva 1976-cı il təvəllüdlü Sənubər (şərti-ad) adlı qadını 2023-cü il təvəllüdlü əkiz övladlarına baxılması üçün dayə tutub. Sənubər 5 il dayə fəaliyyəti ilə məşğul olub. O, bir ay müddətində Səbail rayonunda yaşayan Afaq Əhmədpaşayevanın evində iki azyaşlı uşaqlarına dayəlik edib. Əkzilərin anası övladlarının bədənində xəsarət izlərinin olmasından narahat olmağa başlayıb. O, mənzilin müşahidə kameralarına baxan zaman məlum olub ki, uşaqlarından biri ağladığı üçün baxıcı qadın onların başına əli ilə vurub və onlra fiziki xəsarət yetirib. Afaq Əhmədpaşayeva dərhal dayə ilə bağlı Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 41-ci Polis Bölməsinə şikayət ünvanlayıb.

Dayə barəsində İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi protokol tərtib olunaraq, iş məhkəməyə göndərilib. Məhkəməyə təqdim edilən videogörüntüyə baxış keçirilib. Müəyyən edilib ki, dayə gecə saat 00.30-da azyaşlı uşaqların birinin baş nahiyəsinə əli ilə şillə vurub.

Məhkəmədə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, azyaşlını vurduğunu təsdiqlədiyini, lakin xəsarət yetirmədiyi bildirib.

Buna görə uşaqların anasından üzür istədiyini deyib.

Məhkəmənin hökmü ilə, qəddar dayə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. Əldə etdiyimiz məlumata görə, Afaq Əhmədpaşayeva "AVİS tibbi mağazalar şəbəkəsi”nin İnsan resursları şöbəsinin müdiridir.