Qadin kisi

Qadın bu yolla kişiyə elə bir şey ötürür ki... - İNANILMAZ SİRR

05 Oktyabr 2024
190

Qadın təbiət tərəfindən elə yaradılıb ki, kişi üçün ilham mənbəyi olsun, ona həyat enerjisini ötürsün. Burada söhbət təkcə cinsi yaxınlıqdan və törəməkdən getmir – baxışlarla, toxunuşla, isti, nəvazişli sözlərlə, hazırladığı qidayla, öz əli ilə saldığı yataqla və s. üsulla o enerjini ötürə bilər. İfritə, erkəkləşmiş qadın deyil, əsl qadının enerjisi kişiyə daim sevgiylə ötürülür.

Azsabah.com Publika.az-ın bununla bağlı maraqlı yazısını təqdim edir: Qadın enerjisinin asan və sərbəst axını üçün sevgi açar rolunu oynayır. Bu enerji sanki ali məhəbbətin tumurcuğunda yerləşir. Tumurcuq yalnız isti enerji vasitəsilə göyqurşağının bütün rənglərində çiçəklənir, çünki ona Ladanın (Slavyan mifologiyasında nikah və sevgi ilahəsi. Həmçinin bahar fəslinin rəmzi) xalis gücü təsir edir. Bu, ali yaradılış olan insanın bütün hüceyrələrini titrədən sehrli işıqdır.
Təbiətin düzəninə görə, qadın özünün bütün sevgi enerjisini xoşladığı kişiyə ötürməlidir. Əgər bu prosesdə ləngimə yaranarsa, qadın orqanizmində özünüməhvetmə prosesi başlayır. Əvvəlcə əsəb sistemi sıradan çıxır, daha sonra böyrəklər, qadın orqanları, bunun ardınca isə digər orqan və toxumalarda dağılma prosesi gedir. Çox sıx hallarda bədəndə yığılıb qalmış artıq enerji piylənmə xəstəliyinə gətirib çıxarır. Başqa sözlə, ana təbiət özü qadından tələb edir ki, enerjisi bədənə toplanıb ziyan olmaqdan onu kişiyə ötürsün. Çünki enerji axar çay kimidir, o, bir yerə toplanarsa, ya sel basar, ya da bataqlığa çevrilər.

Kişilərə gəldikdə isə, eynilə güclü cinsin də zərif tərəf müqabilinə ötürdüyü enerji təkcə cinsi aktla, qucaqlaşma ilə, öpüşlə məhdudlaşmamalıdır. Kişinin qadın gözəlliyini, zərifliyini, onun xəfif hərəkətlərini izləməsi belə bunu hiss edən qadın üçün enerji axınıdır. Günə kişi iltifatı, mehriban baxışı, xoş sözü ilə başlayan qadın həmin günü fiziki, mənəvi problemlərdən uzaq olar. Ancaq baxış təsiri də müxtəlif ola bilər: insan gücü göz vasitəsilə əlli faiz ötürülə bilər. Pxisoloqlar ikona, heykəl, rəsm əsərlərinin müəmmalı gücünü bununla izah edirlər. Xüsusilə də mükəmməl hazırlanmış heykəl və rəsmlərə çox baxanda mühərrik kimi onu seyr edən insanın enerjisini özündə toplayır. Sonra isə baxmaqda davam edən insana həmin enerjini "işlənmiş" halda ötürür. Bu, həm müsbət, həm də mənfi enerji ola bilər – baxdığın şəklin mahiyyətindən asılıdır. Əlbəttə ki, gözəl qadın, təbiət təsvirlərindən müsbət enerji almaq mümkündür. İnteryerlərin müsbət auralı rəsmlərlə bəzədilməsi təkcə dizayna xidmət etmir. Bu, həm də həmin məkanda yaşayan, işləyən insanların müsbət enerji ilə yüklənməsi üçündür.
Bu o deməkdir ki, qadına baxan kişi ona öz enerjisinin yarı hissəsini ötürür və bu enerjinin müsbət və mənfi olması da onun baxışının arxasında gizlənən mənadan asılıdır. Əgər kişi qadına sadəcə cinsi həvəsini təmin edəcək dişi kimi deyil, onun gözəl üzünə, zərif yerişinə bir ilahəyə, parlaq ulduza, ətirli çiçəyə diqqət edər kimi baxarsa, dolayısı yolla bu gözəlliyi özünə qaytarmış olacaq. Çünki qadın xoş baxışı öz üzərində hiss edən kimi eyni yüklü baxışı kişiyə geri verəcək, əks təqdirdə isə mənfi aura ilə əhatələnəcək. Başqa sözlə, kişi əks cinsə necə baxmağı ilə öz orqanizmini tənzimləyir.

Mütəxəssislər deyir ki, hətta xəstə qadına kişi sevgi dolu baxır, ona hətta ölüm döşəyində belə gözəl göründüyünü, ilahəyə bənzədiyini deyirsə, o qadında sürətlə sağalma prosesi başlayır. Eynilə kişiyə də öz xanımının, ən azından xoş simalı tibb bacısının sözləri müsbət təsir göstərər. Odur ki, Tanrının yaratdığı bu iki cins bir-birini xoş sözlərdən, nəvazişdən əsirgəməməlidir. Göründüyü kimi, sevgi, baxış, gözəl münasibət də bumeranq kimi onu atanın özünə qayıdır.