Azərbaycanda imtahandan sonra halı pisləşən 2-ci kurs tələbəsi vəfat etdi - FOTO

30.01.2024 16:39
453
Vefat

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, onun imtahandan sonra halı pisləşib və dünyasını dəyişib.

Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən, o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.