Azərbaycanda bütün siqaretlər bahalaşdı - Yeni qiymətlər

03.01.2024 12:34
433
65951cfe6c41f202401243822

Azərbaycanda siqaretlərin qiyməti artıb.

Metbuat.az qaynarinfo-ya istinadən xəbər verir ki, bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb.

"Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb.Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib.

Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.