Azərbaycanda bunu edənlər 500 manat CƏRİMƏLƏNƏCƏK - AÇIQLAMA

13.01.2024 14:54
357
65a26c4bb19b0202401245611

Son zamanlar sosial şəbəkələrdə heyvanların döyülməsi ilə bağlı videolarla tez-tez qarşılaşırıq. Bu videolar isə insanlar tərəfindən birmənalı qarşılanmır.

 

Bəs, heyvanların döyülməsinin hüquqi cəzası vamı?

 

Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hüququn kökündə humanizm, mərhəmətlilik prinsipi dayanır. Onun sözlərinə görə, hüquq sahəsi bu mövzuya biganə yanaşmayıb:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, insanların heyvanlara qarşı qəddar rəftarı, onların tələf edilməsi inzibati məsuliyyət hesab olunur. Heyvanlara zərər verən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinn 274-cü maddəsinə görə, 500 manat məbləğində cərimə olunurlar. Eyni zamanda insanlar heyvanların zahiri görünüşlərinə müdaxilələr edirlər. Müxtəlif boyalarla boyayır, quyruğunu kəsirlər. Bu kimi hallar isə İnzibati Xətalar Məcəlləsinin 290.1.8 –ci maddəsi ilə inzibati məsuliyyət sayılır və 200 manat məbləğində cərimə ilə cəzalandırılırlar”.

 

Hüquqşünas bildirib ki, insanlar ev heyvanlarının digər insanların üzərinə hücum çəkməsinə şərait yaradırlar. “Belə olan halda zərərçəkmiş şəxs yüngül bədən xəsarəti alarsa heyvanın sahibi 800 manata qədər cərimə olunur”.